0
Monday 14 June 2021 - 08:39

Ərdoğan və AKP-ni hədəf alan Sədat Pekər qaçırılıb?

Story Code : 937942
Ərdoğan və AKP-ni hədəf alan Sədat Pekər qaçırılıb?
Türkiyəli mafioz Sədat Pekər Dubayda (BƏƏ) yaşadığı iqamətgahdan polis tərəfindən çıxarılıb.

Axar.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Alişər Delek Tvitter səhifəsində yazıb.

“Sədat Pekərin “baş müşaviri” Əmrə Olur ilə bir az əvvəl danışdım. BƏƏ polisləri Pekəri qaldığı iqamətgahdan naməlum bir yerə dəvət ediblər. Pekər hələ də evinə qayıtmayıb. Harada olduğu və nə zaman qayıdacağı bəlli deyil. Əmrə Olur Pekərin həbs olunacağı, yaxud öldürüləcəyindən narahatdır”, - deyə A.Delek yazıb.