QR CodeQR Code

Ərdoğan və AKP-ni hədəf alan Sədat Pekər qaçırılıb?

14 Jun 2021 08:39

İslamTimes: Ərdoğan və AKP-ni hədəf alan türkiyəli mafioz Sədat Pekər Dubay polisi tərəfindən naməlum istiqamətdə aparılıb


Türkiyəli mafioz Sədat Pekər Dubayda (BƏƏ) yaşadığı iqamətgahdan polis tərəfindən çıxarılıb.

Axar.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Alişər Delek Tvitter səhifəsində yazıb.

“Sədat Pekərin “baş müşaviri” Əmrə Olur ilə bir az əvvəl danışdım. BƏƏ polisləri Pekəri qaldığı iqamətgahdan naməlum bir yerə dəvət ediblər. Pekər hələ də evinə qayıtmayıb. Harada olduğu və nə zaman qayıdacağı bəlli deyil. Əmrə Olur Pekərin həbs olunacağı, yaxud öldürüləcəyindən narahatdır”, - deyə A.Delek yazıb.


Story Code: 937942

News Link :
https://www.islamtimes.org/az/news/937942/ərdoğan-və-akp-ni-hədəf-alan-sədat-pekər-qaçırılıb

Islam Times
  https://www.islamtimes.org