0
Monday 14 June 2021 - 10:57

Bayden NATO zirvəsində Ərdoğanla S-400 sistemlərini müzakirə edəcək

Story Code : 937980
Bayden NATO zirvəsində Ərdoğanla S-400 sistemlərini müzakirə edəcək
Teleqraf.com xəbər verir ki, bunu ABŞ liderinin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan brifinqində bildirib.

O, Baydenin mövzu ilə bağlı Ərdoğana tam olaraq nə deyəcəyini açıqlamayıb.

Eyni zamanda, Sallivan əlavə edib ki, Bayden Ərdoğanla söhbətində Ankaranın Moskva və Pekinlə münasibətləri mövzusuna da toxunmaq niyyətindədir.

Xatırladaq ki, Rusiya və Türkiyə arasında 2017-ci ildə S-400 komplekslərinin Ankaraya tədarükü ilə bağlı müqavilə imzalanıb. Türkiyə Rusiyadan sözügedən sistemləri alan ilk NATO ölkəsidir.