QR CodeQR Code

Zərif Netanyahunun 12 illik iqtidarının sonunu “zalımın süqutu” adlandırdı

14 Jun 2021 20:48

İslamTimes: İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Binyamin Netanyahunun işğal altındakı Fələstində 12 illik iqtidarının sona çatmasına Tvitterdəki yazısı ilə “zalımın süqutu” ifadəsini istifadə edərək reaksiya verib.


Deyerler.org xəbər verir ki, Zərif Tvitter mesajında Netanyahudan bəhs etmədən ərəb dilində bunları yazıb: “Fələstinlilərə qarşı uzun müddət davam edən müharibələr və təcavüzlərdən və İslam Respublikasına qarşı təhdidlərdən sonra yıxılan tərəf zalım oldu.
Qəzza zəfər işarəsini qaldırır və İran şanlı şərəfli yolunu getməkdədir. Bəlkə də növbəti şəxs təcavüzə və işğala əsaslanan quruluşun uzun sürməyəcəyini öyrənəcək”. Deyerler.org


Story Code: 938050

News Link :
https://www.islamtimes.org/az/news/938050/zərif-netanyahunun-12-illik-iqtidarının-sonunu-zalımın-süqutu-adlandırdı

Islam Times
  https://www.islamtimes.org