0
Monday 14 June 2021 - 21:35

Qrossi: İranla razılaşma olmadan sərgərdan bir kor kimi olacağıq

Story Code : 938053
Qrossi: İranla razılaşma olmadan sərgərdan bir kor kimi olacağıq
Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bildirib ki, İranla nüvə anlaşmasının əldə edilməsi zəruridir, çünki əks təqdirdə BAEA (İranın nüvə fəaliyyətlərinə nəzarətlə bağlı) sərgərdan bir kor durumuna düşəcək.

MAQATE-nin yüksək vəzifəli rəsmisi İranın nüvə sənayesində qadağan olunmuş silahlar istehsal edilib-edilmədiyi ilə bağlı suala cavab olaraq deyib: "Xeyr, hazırkı dönəmdə bu haqda heç bir məlumat yoxdur."

Bununla belə Qrossi bildirib ki, İranın nüvə zənginləşdirilməsi səviyyəsini artırdığı üçün narahatdır. Çünki zənginləşdirmənin 60%-a yüksəldilməsindən sonra (nüvə silahı düzəltmə mərhələsinə) çox yaxınlaşırsınız.