0
Monday 14 June 2021 - 21:53

Həşd əl-Şəbi İraqda böyük hərbi parad keçirəcək

Story Code : 938055
Həşd əl-Şəbi İraqda böyük hərbi parad keçirəcək
Bu gün fotoları İraq KİV-ində nümayiş etdirilən pilotsuz təyyarələr, radar sistemləri və hava hücumundan müdafiə sesitemlərinin qarşıdakı günlərdə baş tutacaq hərbi paradda nümayiş etdiriləcəyi bildirilir.

Bu böyük hərbi paradın yaxın günlərdə keçirilməsi planlaşdırılır. Həşd əl-Şəbi Diyala vilayətində baş tutacaq bu paradı keçirməklə güc nümayişi və düşmənlərinə mesaj göndərmək niyyətindədir.

Paradda 20 mindən çox Həşd əl-Şəbi qüvvəsi iştirak edəcək.

Bu arada, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri general Kennet Makkenzi, İraqdakı ABŞ hərbi bazalarına qarşı əməliyyatlarda Həşd əl-Şəbinin pilotsuz təyyarələrdən istifadə etməsinə görə narahat olduğunu dilə gətirib.