0
Monday 14 June 2021 - 22:17

Sionist rejimdə həyəcan təbili çalındı

Story Code : 938063
Sionist rejimdə həyəcan təbili çalındı
İşğalçı İsrail rejimi mediası, yeni Sionist rejim hökumətinin daxili təhlükəsizlik naziri Umer Barlivin işğal altındakı Qüdsdə bayraq yürüşü keçirilməsini rəsmən təsdiqlədiyini yazıb.

Barliv mövcud vəziyyətin polislə aksiya təşkilatçıları arasında planlaşdırma şərti ilə bayraq yürüşü keçirilməsinə imkan verdiyini söyləyib.

Sionist rejim mediası həmçinin bildirib ki, işğalçı İsrail ordusunun Baş Qərargah rəisi Avi Kuxavi orduya Qəzza ilə gərginliyin yenidən başlamasına hazır olması ilə bağlı göstəriş verib.