QR CodeQR Code

Bayden Putini "layiqli rəqib" hesab etdiyini deyib

15 Jun 2021 10:15

İslamTimes: ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini “layiqli rəqib”, ağıllı və sərt bir siyasətçi adlandırıb.


APA TASS-a istinadən xəbər verir ki, bu barədə o, NATO sammitinin ardından Brüsseldə mətbuat konfransında çıxış edərkən deyib.

“Mən onunla artıq görüşmüşəm. Ağıllı, sərt birisidir və deyərdim ki, layiqli bir rəqibdir”, - deyə Bayden bildirib.

ABŞ prezidenti, bir müddət əvvəl qalmaqallı çıxışında da dediyi kimi, Putini hələ də qatil hesab edib-etmədiyinə aydınlıq gətirməsi ilə bağlı suala birbaşa cavab verməkdən yayınıb.

C.Bayden Cenevrədə V.Putinlə görüşdə Rusiya Federasiyası ilə ABŞ arasında potensial əməkdaşlıq sahələrini müəyyənləşdirəcəyini deyib və sammiti kritik adlandırıb.


Story Code: 938135

News Link :
https://www.islamtimes.org/az/news/938135/bayden-putini-layiqli-rəqib-hesab-etdiyini-deyib

Islam Times
  https://www.islamtimes.org