0
Tuesday 15 June 2021 - 09:39

Putin: "NATO-nun Rusiya təlimləri ilə bağlı narahatlığını başa düşə bilmirəm"

Story Code : 938145
Putin: "NATO-nun Rusiya təlimləri ilə bağlı narahatlığını başa düşə bilmirəm"
APA xəbər verir ki, bu fikri o, ABŞ-ın “NBC” telekanalına verdiyi müsahibəsində səsləndirib. Müsahibənin mətni Kremlin saytında yerləşdirilib.
“Bəs NATO-nu şərqə doğru genişləndirmək, infrastrukturunu sərhədlərimizə qədər yaxınlaşdırmaq nəyə lazım idi? İndi də deyirsiniz ki, guya biz özümüzü aqressiv aparırıq. Nəyə əsasən? Guya Sovet İttifaqının dağılmasından sonra da Rusiya Birləşmiş Ştatlar və digər Avropa ölkələri üçün hansısa təhlükə yaratdı? ...Biz böyük xərclərə getdik. Bəs bunun müqabilində nə qazandıq? İnfrastruktur burada, bizim sərhədlərimizdədir. Və deyirsiniz ki, biz kimisə təhdid edirik? Bəli, biz mütəmadi olaraq təlimlər keçiririk, eyni zamanda, silahlı qüvvələrimiz üçün gözlənilməz olan təlimlər də həyata keçiririk. Niyə bu, NATO müttəfiqləri arasında hansısa bir narahatlığa səbəb olmalıdır? Mən sadəcə anlamıram”, - Putin belə deyib.