0
Tuesday 15 June 2021 - 13:59

Ronaldo “Coca-Cola”dan imtinaya və su içməyə çağırdı

Story Code : 938164
Ronaldo “Coca-Cola”dan imtinaya və su içməyə çağırdı
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Ronaldo jurnalistlərlə ünsiyyət üçün mətbuat mərkəzində öz yerini tutub. Tədbir zamanı reklam məqsədilə onun qarşısına “Coca-Cola” içkisinin iki butulkası qoyulub. Futbolçu qazlı içkini özündən kənarlaşdırıb, içində adi suyun olduğu butulkanı əlinə götürərək onu yuxarı qaldırıb və jurnalistlər, kameralar qarşısında əlini nümayişkaranə şəkildə yelləyib.

Qeyd edək ki, Ronaldonun bu hərəkətinin foto və videosunun görüntülərinə artıq virus yerləşdirilib.