0
Tuesday 15 June 2021 - 15:44

İran yayın sonunda dünyanın böyük vaksin istehsalçılarından biri olacağını bildirib

Story Code : 938181
İran yayın sonunda dünyanın böyük vaksin istehsalçılarından biri olacağını bildirib
SalamNews Tasnim-ə istinadla xəbər verir ki, bu barədə İranın Səhiyyə naziri Səid Nəməki açıqlama verib.

O, bugünkü çıxışında, ölkədə istehsal edilmiş “Covİran Bərəkət” vaksinin kütləvi şəkildə vurulmasına başlanıldığına toxunub və yayın sonunda İranın ən çox vaksin istehsal edən ölkələrdən biri olacağını deyib.

İranlı nazir bildirib ki, hazırda ölkədə bu vaksindən bir milyon doza istehsal edilib.

Qeyd edək ki, bu vaksindən başqa İranda Kuba ilə birgə istehsal edilən digər vaksinin sınağı da həyata keçirilir.

“Covİran Bərəkət” vaksini İranda Rusiya və Çinin koronavirusa qarşı peyvəndlərindən sonra istifadə edilən ilk yerli vaksindir.