QR CodeQR Code

İran yayın sonunda dünyanın böyük vaksin istehsalçılarından biri olacağını bildirib

15 Jun 2021 15:44

İslamTimes: “Biz son ildə 20 ilin yolunu getdik. Daxildə istehsal edən vaksinlərin bu gündən paylanılmasına başlanılıb. Bu yayın sonunda dünyada ən çox vaksin istehsal edən ölkələrdən biri olacağıq.”


SalamNews Tasnim-ə istinadla xəbər verir ki, bu barədə İranın Səhiyyə naziri Səid Nəməki açıqlama verib.

O, bugünkü çıxışında, ölkədə istehsal edilmiş “Covİran Bərəkət” vaksinin kütləvi şəkildə vurulmasına başlanıldığına toxunub və yayın sonunda İranın ən çox vaksin istehsal edən ölkələrdən biri olacağını deyib.

İranlı nazir bildirib ki, hazırda ölkədə bu vaksindən bir milyon doza istehsal edilib.

Qeyd edək ki, bu vaksindən başqa İranda Kuba ilə birgə istehsal edilən digər vaksinin sınağı da həyata keçirilir.

“Covİran Bərəkət” vaksini İranda Rusiya və Çinin koronavirusa qarşı peyvəndlərindən sonra istifadə edilən ilk yerli vaksindir.


Story Code: 938181

News Link :
https://www.islamtimes.org/az/news/938181/iran-yayın-sonunda-dünyanın-böyük-vaksin-istehsalçılarından-biri-olacağını-bildirib

Islam Times
  https://www.islamtimes.org