QR CodeQR Code

Daha bir şok iddia: Korona Çində deyil, ABŞ-da yayılıb...

16 Jun 2021 10:04

İslamTimes: Bir qrup alim ABŞ-da ilk koronavirus infeksiyasının 2019-cu ilin dekabrında qeydə alındığını iddia edir.


Axar.az xəbər verir ki, ABŞ-da aparılan qan nümunələri araşdırmasına əsasən, ilk koronavirus infeksiyası 2019-cu ilin dekabrında baş verib.

"Bu hesabatın nəticələri SARS-CoV-2 infeksiyasının ABŞ-da gözləniləndən daha erkən mövcud ola biləcəyini göstərir", - deyə qeyd olunur.

Bildirilib ki, alimlər 2 yanvar-18 mart 2020-ci il tarixləri arasında 50 əyalət sakinləri tərəfindən verilən 24 mindən çox qan nümunəsini araşdırıblar. Nəticədə yanvar ayının əvvəllərində müəyyən sayda amerikalıda antikorun inkişafı aşkarlanıb. Lakin o dövrdə bu əyalətlərdə rəsmi olaraq heç bir infeksiya hadisəsi qeydə alınmayıb.

Qeyd edək ki, ABŞ-da pandemiyanın başlanğıcından bəri 33,3 milyondan çox yoluxma aşkar edilib, 597,3 mindən çox insan COVİD-19-dan ölüb.


Story Code: 938331

News Link :
https://www.islamtimes.org/az/news/938331/daha-bir-şok-iddia-korona-çində-deyil-abş-da-yayılıb

Islam Times
  https://www.islamtimes.org