QR CodeQR Code

AVRO-2020: Poqba da Ronaldu kimi hərəkət etdi

16 Jun 2021 15:34

İslamTimes: Fransa milli komandasının futbolçusu Pol Poqba Almaniyanı 1:0 hesabı ilə məğlub etdikləri Avropa çempionatının qrup oyunundan sonra maraqlı addım atıb.


"Report"un məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi mətbuat konfransı zamanı masanın üzərindən pivə butulkasını götürərək yerə qoyub.

Qeyd edək ki, F qrupunun qarşılaşması Fransanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Daha əvvəl Portuqaliya yığmasının ulduz futbolçusu Kriştianu Ronaldu mətbuat konfransında AVRO-2020-nin sponsorlarından olan "Coca-Cola" imtina etməklə bağlı çağırış edib. Avropa çempionatına iyulun 11-də yekun vurulacaq.


Story Code: 938375

News Link :
https://www.islamtimes.org/az/news/938375/avro-2020-poqba-da-ronaldu-kimi-hərəkət-etdi

Islam Times
  https://www.islamtimes.org