0
Wednesday 16 June 2021 - 17:09

İranın uran istehsalı işləri müvəffəqiyyətlə davam edir

Story Code : 938384
İranın uran istehsalı işləri müvəffəqiyyətlə davam edir
İran Atom Enerjisi Agentliyinin (IAEK) uran zənginləşdirmə işlərinə toxunan Rəbii, bu günə qədər 60 % zənginləşdirilmiş uran miqdarının təxminən 6,5 kiloqram və 20 % zənginləşdirilmiş uran miqdarının 108 kiloqrama çatdığını bildirib.

Rəbii sözügedən zənginləşdirmə işlərinin İran Parlamentinin nəzərdə tutduğu vaxtdan çox daha sürətli həyata keçirildiyini bildirib.

O, sanksiyaların önümüzdəki aylarda qaldırılacağına ümid etdiklərini söyləyərək, xalqa cümə günü keçiriləcək 13-cü dövr prezident seçkilərində maksimum sayda iştirak etməyə dəvət edib. /Deyerler/