0
Wednesday 16 June 2021 - 23:50

Nüvə razılaşması İrandakı seçkilərdən sonra gerçəkləşə bilər

Story Code : 938436
Nüvə razılaşması İrandakı seçkilərdən sonra gerçəkləşə bilər
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) direktoru Rafael Qrossi bir neçə il öncə İranla 5+1 arasında imzalanmış HBFP sazişinin bərpası üçün bütün tərəflərin siyasi iradəyə sahib olmasının zəruriliyini vurğulayıb. O bildirib ki, nüvə anlaşmasını bərpa etmək üçün İslam Respublikasının növbəti hökumətinin iş başına gəlməsini gözləmək lazımdır.

Rafael Qrossi bu gün İtaliyanın "Repubblica" qəzetinə verdiyi müsahibəsində İranla 5+1 arasında imzalanmış nüvə anlaşmasını bərpa etmək üçün yeni İran rəhbərliyini gözləməyin zəruri olduğunu deyib.

Qrossi deyib ki, bu gün hər kəs İranda prezident seçkilərinədək səbr edilməli olduğunu yaxşı bilir.

Qeyd edək ki, cümə günü, 18 iyunda İran İslam Respublikasında prezident seçkiləri keçiriləcək.