QR CodeQR Code

Putinlə bu məsələdə razılaşdıq - Bayden

16 Jun 2021 23:33

İslamTimes: Vaşinqtonla Moskva arasındakı münasibətlər proqnozlaşdırıla bilən və sabit olmalıdır.


Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonra verdiyi açıqlamasında deyib.

“Görüşün tonu pozitiv idi. Mən Putinlə görüşə niyə gəldiyimi yerinə yetirdim”, - Bayden bildirib.

Bayden görüş zamanı beynəlxalq problemlərin müzakirə edildiyini qeyd edib:

“İranın nüvə silahı əldə etməməsi üçün bu məsələdə birlikdə işləməklə bağlı razılaşdıq”.

Ağ Ev rəhbərinin sözlərinə görə, Vaşinqton hər zaman Moskva ilə danışıqlarda insan haqlarını ön plana çıxaracaq, Rusiya dünyaya diqtə etməli deyil.

“İndi bizim əlaqələr qurmaq və işləməyimiz üçün Rusiya ilə dəqiq bazamız var. Rusiya və ABŞ-ın strateji dialoq qurmağı bacardığını qarşıdakı 6-12 ay müddət göstərəcək”, - Bayden bildirib.

Yeni soyuq müharibə ilə bağlı suala cavab verən Bayden bildirib ki, bu, nə ABŞ, nə də Rusiyanın marağında deyil.


Story Code: 938441

News Link :
https://www.islamtimes.org/az/news/938441/putinlə-bu-məsələdə-razılaşdıq-bayden

Islam Times
  https://www.islamtimes.org