QR CodeQR Code

Putin: "Rusiya ABŞ sərhədlərinə yaxın hərbi təlimlər keçirmir, amma amerikalılar bunu edir"

17 Jun 2021 08:53

İslamTimes: Rusiya ABŞ sərhədləri yaxınlığında hərbi təlimlər keçirmir, ancaq amerikalılar bunu hazırda edirlər.


APA TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Cenevrədə keçirilən Rusiya-ABŞ sammitinin nəticələri barədə danışarkən deyib.

“Təlimlərə gəlincə: biz hərbi təlimləri öz ərazimizdə keçiririk, necə ki, Birləşmiş Ştatlar da öz ərazilərində çox təlimlər keçirirlər. Ancaq biz öz texnika və şəxsi heyətimizi ABŞ-ın dövlət sərhədlərinə daşıyaraq orada təlimlər keçirmirik. Təəssüf ki, amerikalı tərəfdaşlarımız bunu hazırda edirlər”, - deyə Rusiya prezidenti bildirib.

Putin əlavə edib ki, bunun fonunda narahatlıqlar Amerika tərəfindən deyil, Rusiya tərəfindən irəli sürülməlidir: “Eləcə də bu, danışıqların və mövqelərin müəyyən edilməsinin mövzusudur”.


Story Code: 938481

News Link :
https://www.islamtimes.org/az/news/938481/putin-rusiya-abş-sərhədlərinə-yaxın-hərbi-təlimlər-keçirmir-amma-amerikalılar-bunu-edir

Islam Times
  https://www.islamtimes.org