0
Thursday 6 August 2009 - 17:34

KÜRDLƏR İSRAIL ILƏ ƏLAQƏLƏRINI KƏSMƏLIDIR

Story Code : 9385
KÜRDLƏR İSRAIL ILƏ ƏLAQƏLƏRINI KƏSMƏLIDIR
İraqda nəşr edilən Əl Bəyyunətul Cədidə qəzetinə müsahibə verən Kürdüstan İttifaqı millət vəkillərindən Mahmud Osman, Kürdlərin İsrail ilə qurduqları əlaqələrə görə çox zərər gördüklərini ifadə edərək, Kürd liderlərdən İsrail ilə əlaqələrini tamamilə kəsmələrini istəyib.


Kürdüstan bölgəsinin İraqın bir parçası olduğunu önə çəkən və Suriya, İraq və İranın İsrail ilə əlaqələrinin yaxşı olmadığına işarə edən Mahmud Osman, İraqlı Kürdlərin mövcud şərtlər altında İsraillə deyil, Ərəblərlə və İranla yaxşı əlaqələr qurmasının lazım olduğunu bildirib.
Source : İslam-Azeri.az
Comment