QR CodeQR Code

Suriyalılar ABŞ əsgərlərini kəndlərindən qovdular

17 Jun 2021 11:29

İslamTimes: Suriya Ərəb Xəbər Agentliyi (SANA) dünən (15 iyun) Hasəkə vilayətinin (Suriyanın şimal-şərqində) Farfarah kəndinin sakinlərinin ABŞ patrul maşınlarının kəndlərinə girməsinə mane olduqlarını bildirib.


SANA-nım paylaşdığı videoda suriyalılar ABŞ əsgərlərini itələyir və onlara deyir: “Bura bizim torpaqlarımızdır! Ya Allah! Gedin buradan!”

Videodakı bir kəndli isə qışqıraraq, belə deyir: “Neftimizi oğurlamısan, buğdamızı oğurlamısan”.

Videonun başqa bir hissəsində bir Suriya vətəndaşı, ABŞ əsgərlərinin kənddən çıxmasından sonra deyir: “ABŞ siçanları rədd olub gedir”. /Deyerler/


Story Code: 938511

News Link :
https://www.islamtimes.org/az/news/938511/suriyalılar-abş-əsgərlərini-kəndlərindən-qovdular

Islam Times
  https://www.islamtimes.org