QR CodeQR Code

Baydendən bir gün ərzində Rusiya barədə bir neçə fərqli açıqlama

إسلام تايمز , 17 Jun 2021 11:50

İslamTimes: ABŞ prezidenti Co Bayden iki başlı danışmağa davam edərək, Rusiyanın hazırda çox çətin vəziyyətdə olduğunu iddia edib.


ABŞ Prezidenti Co Bayden Rusiya haqda mənfi fikirlər səsləndirib. Ötən gün Rusiyanın Suriya, Liviya kimi ölkələrdə sülhün bərqərar edilməsində yardımçı olacağını deyib, bu ölkə haqda müsbət sözlər söyləyən Co Bayden bu dəfə Cenevrəni tərk etməzdən öncə "Rusiya var gücüylə böyük dövlət statusunu saxlamağa çalışır" deyib.

Baydenin “Rusiya hazırda olduqca çətin vəziyyətdədir. Çin Rusiyaya təzyiq göstərir. Rusiya əlacsız şəkildə dünya gücü kimi qalmaq yolunda çabalayır" sözlərini, bir çoxları ABŞ prezidentinin Çin və Rusiya arasında gərginlik yaratmaq üçün təlaşı kimi qiymətləndirib.


Story Code: 938513

News Link :
https://www.islamtimes.org/az/news/938513/baydendən-bir-gün-ərzində-rusiya-barədə-neçə-fərqli-açıqlama

Islam Times
  https://www.islamtimes.org