QR CodeQR Code

680 tanınmış şəxsiyyət Sionist rejimə qarşı məktub yazıb, Baydenə ünvanladı

إسلام تايمز , 17 Jun 2021 15:55

İslamTimes: 75 ölkədən olan 680 məşhur şəxsiyyət və təşkilat rəhbəri ABŞ Prezidenti Co Baydenə sionist rejimdən şikayət məzmunlu açıq məktub ünvanlayıb


75 ölkədən olan 680 məşhur şəxsiyyət və təşkilat rəhbəri ABŞ Prezidenti Co Baydenə açıq məktub ünvanlayaraq, Ağ Ev rəhbərini Tel-Əvivin Fələstin xalqına qarşı hegemonluğuna və sistematik repressiyasına son qoymağa və insan haqlarının müdafiəsi üçün hərəkətə keçməyə çağırıblar.

Fransanın Mediapart saytının verdiyi məlumata görə, "Global Civil Society Coalition" üzvləri, tanınmış iş adamları, incəsənət xadimləri, dini və siyasi liderlər Nobel mükafatı almış şəxslər bu məktubu imzalayıblar.

Amerika Birləşmiş Ştatlarının Prezidentinə göndərilən məktubda deyilir: “Amerika demokratiyanın müdafiəsi və insan haqlarının qorunması ilə bağlı üzərinə öhdəliklər götürüb. Bu yaxınlarda Fələstin və İsrail vətəndaşlarının təhlükəsizlik şəraitində yaşamaq haqqına sahib olduqlarına inandığınızı söylədiniz. Ancaq bu açıqlamalarla Fələstin xalqının gündəlik həyatı arasındakı uçurum olduqca dərindir!"

Məktubda Fələstin xalqına qarşı zülm, ədalətsizliklərə son qoyulması üçün Baydendən sionist rejimə qarşı təzyiq göstərməsi tələb edilir.


Story Code: 938566

News Link :
https://www.islamtimes.org/az/news/938566/680-tanınmış-şəxsiyyət-sionist-rejimə-qarşı-məktub-yazıb-baydenə-ünvanladı

Islam Times
  https://www.islamtimes.org