QR CodeQR Code

Rusiya XİN: Minalı ərazilərin xəritələrinin verilməsi...

17 Jun 2021 22:25

İslamTimes: Rusiya Bakı ilə İrəvan arasında, İrəvan və Ankara arasında dialoqların normallaşmasına yönələn addımları qətiyyətlə dəstəkləyir.


Axar.az-ın Report-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

“Cənubi Qafqazdakı qarşılıqlı münasibətlər regiondakı bütün ölkələr nəzərə alınmaqla və balanslı şəkildə, mehriban qonşuluq prinsipləri əsasında inkişaf etməlidir”, - o əlavə edib.

M.Zaxarova, həmçinin Rusiyanın Azərbaycan tərəfinin iyunun 12-də 15 erməni hərbçini Ermənistana qaytarmasını alqışladığını da vurğulayıb:

“Eyni zamanda, digər humanitar məsələlərin, o cümlədən də minaların təmizlənməsi və minalı ərazilərin xəritələrinin verilməsi ilə bağlı məsələlərin həll olunmasının vacib olduğunu düşünürük”.


Story Code: 938612

News Link :
https://www.islamtimes.org/az/news/938612/rusiya-xin-minalı-ərazilərin-xəritələrinin-verilməsi

Islam Times
  https://www.islamtimes.org