0
Saturday 19 June 2021 - 11:00

İranda namizədlər prezident seçkilərində İbrahim Rəisini təbrik etməyə başlayıb

Story Code : 938859
İranda namizədlər prezident seçkilərində İbrahim Rəisini təbrik etməyə başlayıb
APA-nın İSNA agentliyinə istinadən verdiyi məlumata görə, İranda dünən keçirilən prezident seçkilərində 4 namizəd mübarizə aparıb.

Bunlar məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi, Möhsün Rezai, parlament sədrinin müavini Hüseyn Həzizadə Haşemi və islahatçı, Mərkəzi Bankın sabiq sədri Əbdülnasir Hümməti olub.

Hazırkı Prezident Həsən Ruhani seçkilərə qatılmayıb.

Ekspertlər seçkilərdə xalqın böyük dəstəyini sahib İbrahim Rəisinin qələbəsini proqnozlaşdırırdılar.