0
Saturday 19 June 2021 - 11:51

İran xalqı İslam İqilabına arxa çıxdı - 29 milyon nəfər seçkiyə qatıldı!

Story Code : 938868
İran xalqı İslam İqilabına arxa çıxdı - 29 milyon nəfər seçkiyə qatıldı!
Ötən gün İranda baş tutan prezident seçkiləri İslam İqilabı düşmənlərinə sarsıdıcı zərbə olub. İran İslam Respublikasının xarici ölkələrdə olan bədxahları, eləcə də İran daxilində olan bəzi qüvvələr xalqa səslənərək, "seçkiləri boykot edin" çağırışı ilə müraciət etsələr də, xalq İslam İnqilabı Lideri Ayətullah Xameneinin tövsiyəsinə əməl edərək, böyük əzmlə seçkilərə qatılıb.

Koronavirus pandemiyasına baxmayaraq seçkidə iştirak edən insanların izdihamı o qədər çox olub ki, bir çox seçki dairələrində seçkilərin müddəti gecə saat 2:00-dək uzadılıb.

Seçkilərdə daha bir yadda qalan məqam isə ötən prezident seçkilərində cüzi ixtilafla rəqibi Həsən Ruhaniyə məğlub olan Seyid İbrahim Rəisinin 18 milyon səs toplamasıdır.

Son bir neçə ildə Məhkəmə Sisteminin sədri olan və bu müddətdə hazırkı prezident Həsən Ruhaninin və vitse prezidentin qardaşlarını korrupsiya və digər qanun pozuntularına görə həbsə alan İbrahim Rəisi İran xalqı tərəfindən böyük dəstəyə sahibdir.