0
Saturday 19 June 2021 - 12:32

İşğalçı İsrail polisi ilə toqquşmalarda 380-dən çox fələstinli yaralanıb

Story Code : 938890
İşğalçı İsrail polisi ilə toqquşmalarda 380-dən çox fələstinli yaralanıb
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.

“Briqadalarımızın çalışdığı yaralıların ümumi sayı 386-ya çatıb”, - məlumatda belə deyilir.

Məlum olub ki, onlardan 286-sı gözyaşardıcı qazdan zəhərlənib, 55-i rezin güllələrlə atəş nəticəsində yaralanıb, 38 fələstinli yanıq xəsarətləri alıb, daha 7 nəfər isə əl qumbarası ilə yaralanıb.