QR CodeQR Code

İşğalçı İsrail polisi ilə toqquşmalarda 380-dən çox fələstinli yaralanıb

19 Jun 2021 12:32

İslamTimes: İordan çayının qərb sahilində işğalçı İsrail rejimi polisi ilə toqquşmalarda azı 386 fələstinli yaralanıb.


APA TASS-a istinadən xəbər verir ki, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.

“Briqadalarımızın çalışdığı yaralıların ümumi sayı 386-ya çatıb”, - məlumatda belə deyilir.

Məlum olub ki, onlardan 286-sı gözyaşardıcı qazdan zəhərlənib, 55-i rezin güllələrlə atəş nəticəsində yaralanıb, 38 fələstinli yanıq xəsarətləri alıb, daha 7 nəfər isə əl qumbarası ilə yaralanıb.


Story Code: 938890

News Link :
https://www.islamtimes.org/az/news/938890/işğalçı-israil-polisi-ilə-toqquşmalarda-380-dən-çox-fələstinli-yaralanıb

Islam Times
  https://www.islamtimes.org