0
Saturday 19 June 2021 - 16:01

Ayətullah Xamenei İranda keçirilən prezident seçkilərinin nəticələrilə bağlı bəyanat verib

Story Code : 938918
Ayətullah Xamenei İranda keçirilən prezident seçkilərinin nəticələrilə bağlı bəyanat verib
SalamNews İSNA-a istinadla xəbər verir ki, İranın İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei seçkilərin nəticələrilə bağlı bəyanat verib.

Ayətullah Xamenei seçkilərdə səsverməyə qatıldıqlarına görə İran xalqına təşəkkür edib.

“Böyük və başıuca İran xalqı! 13-cü prezident seçkilərində coşqunluğunuz və həyəcanlı hazır olmanız sizin parlaq iftixarınızı daha da artırdı. Seçilərdəki aktivliyi gözdən salmaq istəyən amillərə baxmayaraq, sizin seçki məntəqələrində göz oxşayan toplantılarınız qətiyyətli iradənin bariz nümunəsi və ürəklərdə ümid yaradan bir əlamətdir", deyə Ayətullah Xamenei iranlıları alqışlayıb və onlara təşəkkürünü bildirib.