QR CodeQR Code

Ayətullah Xamenei İranda keçirilən prezident seçkilərinin nəticələrilə bağlı bəyanat verib

19 Jun 2021 16:01

İslamTimes: Ayətullah Xamenei seçkilərə görə İran xalqını alqışlayıb və onları təbrik edib.


SalamNews İSNA-a istinadla xəbər verir ki, İranın İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei seçkilərin nəticələrilə bağlı bəyanat verib.

Ayətullah Xamenei seçkilərdə səsverməyə qatıldıqlarına görə İran xalqına təşəkkür edib.

“Böyük və başıuca İran xalqı! 13-cü prezident seçkilərində coşqunluğunuz və həyəcanlı hazır olmanız sizin parlaq iftixarınızı daha da artırdı. Seçilərdəki aktivliyi gözdən salmaq istəyən amillərə baxmayaraq, sizin seçki məntəqələrində göz oxşayan toplantılarınız qətiyyətli iradənin bariz nümunəsi və ürəklərdə ümid yaradan bir əlamətdir", deyə Ayətullah Xamenei iranlıları alqışlayıb və onlara təşəkkürünü bildirib.


Story Code: 938918

News Link :
https://www.islamtimes.org/az/news/938918/ayətullah-xamenei-iranda-keçirilən-prezident-seçkilərinin-nəticələrilə-bağlı-bəyanat-verib

Islam Times
  https://www.islamtimes.org