0
Tuesday 23 August 2011 - 11:14

İran XİN rəhbəri Somaliyə yollanıb

Story Code : 93892
İran XİN rəhbəri Somaliyə yollanıb
İran XİN rəhbəri Somaliyə yollanıb
"IslamTimes"-ın verdiyi məlumata əsasən, Əli Əkbər Salehi səfər zamanı Somali rəsmiləri ilə görüşəcək və bu ölkənin paytaxtı Moqadişoda qaçqınlara baş çəkəcək. Salehi İran xalqının humanitar yardımlarının bu ölkəyə çatdırılması prosesi ilə də tanış olacaq.

İran XİN rəhbərini bu səfərdə Qırmızı Aypara cəmiyyətinin üzvləri və digər rəsmilər də müşayiət edir.

Nəzərinizə çatdıraq ki, İran İslam Respublikasından bu günədək Somaliyə bir neçə dəfə humanitar yardımlar göndərilib. Ölkədə Somali əhalisinə yardım üçün 99 999 nömrəli bank hesabı da açılıb. Mübarək Ramazan ayının 19-cı günündən isə küçələrdə quraşdırılmış xüsusi məntəqələrdə xalqın Somaliyə yardımları qəbul edirlər. Ali dini lider cənab Xamenei isə hər bir İran vətəndaşını gücü çatdığı miqdarda Somali xalqına yardım etməyə çağırıb. Xalq bu çağırışdan sonra daha aktiv şəkildə yardım kompaniyasına qoşulubdur.
Comment