QR CodeQR Code

Rusiya, Azərbaycan, Türkiyə və s. ölkə prezidentləri İbrahim Rəisini təbrik edib

إسلام تايمز , 19 Jun 2021 20:21

İslamTimes: Rusiya, Azərbaycan, Türkiyə və digər ölkə rəhbərləri yeni seçilmiş İran prezidenti İbrahim Rəisini təbrik edib


Ötən gün İranda baş tutan prezident seçkilərində 18 milyona yaxın səs toplayan və əzmlə qələbə qazanan İbrahim Rəisiyə təbrik məktubları gəlməkdə davam edib.

Azərbaycan Respublikası prezidenti İlham Əliyev İbrahim Rəisini təbrik edərək, Azərbaycanın qonşu, qardaş İranla münasibətlərə xüsusi əhəmiyyət verdiyini söyləyib.

Qeyd edək ki, İran prezidentini Türkiyə, Rusiya, İraq prezidentləri, Küveyt əmiri, Qətər əmiri, Oman sultanı və digər ölkə rəhbərləri təbrik edib və yeni prezidentin səlahiyyət dövründə bu ölkə ilə münasibətlərin daha da dərinləşəcəyinə ümid etdiklərini bildiriblər.


Story Code: 938957

News Link :
https://www.islamtimes.org/az/news/938957/rusiya-azərbaycan-türkiyə-və-s-ölkə-prezidentləri-ibrahim-rəisini-təbrik-edib

Islam Times
  https://www.islamtimes.org