QR CodeQR Code

Sionistlərin növbəti vəhşiliyi - Bu dəfə toya hücum edildi...

19 Jun 2021 21:35

İslamTimes: Atəşkəsdən sonra belə Fələstin xalqına qarşı vəhşiliklərini davam etdirən sionist rejim polisi bu dəfə Əl-Cəlil şəhərində toy mərasiminə basqın edib


Son zamanlarda Məscidül-Əqsaya hücum edərək, ibadət halında olan fələstinlilərə qarşı qeyri-insani davranışlar sərgiləyən sionist rejim hərbçiləri bu dəfə Əl-Cəlil şəhərinin Deyr əl-Əsəd məntəqəsində fələstinli cütlüyün toy mərasiminə basqın edib. Bu hücum nəticəsində onlarla dinc fələstinli müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəstəxanadakı mənbələr bildirib ki, 30 yaşlı yaralı cavanın durumu kritikdir.

İsrail polisinin vəhşiliyinə cavab olaraq, fələstinli gənclər sionist rejim polisinə məxsus iki avtomobilə od vurub, bir polisi isə daşla vuraraq, yaralayıblar.


Story Code: 938984

News Link :
https://www.islamtimes.org/az/news/938984/sionistlərin-növbəti-vəhşiliyi-bu-dəfə-toya-hücum-edildi

Islam Times
  https://www.islamtimes.org