0
Saturday 19 June 2021 - 21:35

Sionistlərin növbəti vəhşiliyi - Bu dəfə toya hücum edildi...

Story Code : 938984
Sionistlərin növbəti vəhşiliyi - Bu dəfə toya hücum edildi...
Son zamanlarda Məscidül-Əqsaya hücum edərək, ibadət halında olan fələstinlilərə qarşı qeyri-insani davranışlar sərgiləyən sionist rejim hərbçiləri bu dəfə Əl-Cəlil şəhərinin Deyr əl-Əsəd məntəqəsində fələstinli cütlüyün toy mərasiminə basqın edib. Bu hücum nəticəsində onlarla dinc fələstinli müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəstəxanadakı mənbələr bildirib ki, 30 yaşlı yaralı cavanın durumu kritikdir.

İsrail polisinin vəhşiliyinə cavab olaraq, fələstinli gənclər sionist rejim polisinə məxsus iki avtomobilə od vurub, bir polisi isə daşla vuraraq, yaralayıblar.