QR CodeQR Code

Ermənistanda parlament seçkiləri başlayıb

20 Jun 2021 09:50

İslamTimes: Ermənistanda parlament seçkiləri keçirilir.


APA-nın sputnik.am-a istinadən məlumatına görə, səsvermə yerli vaxtla saat 8.00-da başlayıb, saat 20.00-da başa çatacaq.

Seçkilərdə iştirak etmək üçün 25 siyasi qüvvə - 21 partiya və 4 blok qeydiyyatdan keçib.

Ermənistan prezidenti Armen Sarkisyan Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində səhər tezdən səs verib.

Ölkədə 2008 seçki məntəqəsi var ki, onlardan 479-u İrəvan, 1529-u isə bölgələrdə yerləşir.

Qeyd edək ki, əsas rəqiblər baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla, eks prezident Robert Koçaryan hesab edilir. Koçaryan seçkilərə "Ermənistan" blokunun lideri kimi qatılıb.


Story Code: 939048

News Link :
https://www.islamtimes.org/az/news/939048/ermənistanda-parlament-seçkiləri-başlayıb

Islam Times
  https://www.islamtimes.org