QR CodeQR Code

Böyük Britaniyada koronavirusa yenidən "ALOVLANIR"

20 Jun 2021 10:20

İslamTimes: Böyük Britaniyada koronavirusa yoluxmada artım müşahidə olunur. Ölkədə virusun Delta növünün sürətlə yayılması narahatlıq doğurur.


Publika.az xəbər verir ki, Krallıqda son 24 saat ərzində 10 mindən çox insan koronavirusa yoluxub, 11 nəfər həyatını itirib. London İmperial Kolleci tərəfindən aparılan araşdırma zamanı, ölkədə pandemiyanın yayılmasına səbəb kimi gənclərin hələ də peyvənd olunmaması göstərilib.

Tədqiqatçılar epidemiyanın daha da yayılmasının qarşısını almaq üçün gənclərə peyvənd vurulmasının vacib olduğunu açıqlayıblar.

Bununla bərabər, ölkədə 42 milyondan çox adama peyvəndin 1-ci dozası, 30 milyondan çox adama isə 2 doza vurulub.

Qeyd edək ki, Britaniyada artan yoluxma hallarına görə karantin qaydalarının ləğvi 4 həftə təxirə salınıb.


Story Code: 939050

News Link :
https://www.islamtimes.org/az/news/939050/böyük-britaniyada-koronavirusa-yenidən-alovlanir

Islam Times
  https://www.islamtimes.org