0
Sunday 20 June 2021 - 10:29

Rusiyanın bu qərarını alqışlayırıq - Ərdoğan

Story Code : 939051
Rusiyanın bu qərarını alqışlayırıq - Ərdoğan
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Ölkəmiz tədricən digər ölkələrin məhdudlaşdırıcı siyahısını tərk etməyə başladı. Rusiyanın Fransadan sonra verdiyi bu istiqamətdəki qərarını alqışlayırıq", - Ərdoğan söyləyib.
Qeyd edək ki, ötən gün Rusiya hökuməti iyunun 22-dən etibarən Türkiyə ilə aviaəlaqələri bərpa etmək barədə qərar qəbul edib.