QR CodeQR Code

"Ermənistan tarixində belə bir seçki pozuntusu olmayıb"- Paşinyana qarşı ittihamlar

20 Jun 2021 12:53

İslamTimes: Ermənistan Mərkəzi Seçki Komissiyası "Vətəndaş müqaviləsi" partiyasına və Nikol Paşinyana Sükut gününü pozduğuna görə xəbərdarlıq edib.


Azvision.az xəbər verir ki, bu barədə "Ermənistan" blokunun bəyanatında deyilir. Qeyd edilir ki, Paşinyanın tərəfdarları dünəndən bəri “Ermənistan” bloku liderlərinə ünvanlanan təhqiramiz və nifrət dolu materialları müxtəlif yerlərdə yayırlar.

"Əldə etdiyimiz məlumata görə, bu biabırçı prosesi gedən hökumətin icazəsi ilə Soros təşkilatları təşkil edib. Üstəlik, "Respublika" partiyasının afişaları açıq şəkildə qanun pozuntuları ilə yerləşdirilib.

Ermənistan tarixində belə bir seçki prosesi pozuntusu olmayıb, bütün beynəlxalq müşahidə missiyalarının diqqətini bu davam edən pozuntulara yönəldirik.

Ermənistan polisini bir neçə saat ərzində “Ermənistan” blokunun liderlərinə ünvanlanan təhqiramiz və nifrət dolu materialların təşkilatçılarını müəyyənləşdirməyə çağırırıq. Əks təqdirdə, bu prosesi hökumətin təşkil etdiyini və istiqamətləndirdiyini düşünəcəyik ”.


Story Code: 939073

News Link :
https://www.islamtimes.org/az/news/939073/ermənistan-tarixində-belə-bir-seçki-pozuntusu-olmayıb-paşinyana-qarşı-ittihamlar

Islam Times
  https://www.islamtimes.org