0
Sunday 20 June 2021 - 13:50

Netanyahu sonda məğlubiyyəti qəbul etdi

Story Code : 939088
Netanyahu sonda məğlubiyyəti qəbul etdi
İşğalçı İsrail rejiminin keçmiş baş naziri Benyamin Netanyahunun iqamətgahını tərk etmək istəməməsi ilə bağlı uzun çəkişmələrdən sonra, nəhayət ki, sabiq sionist rejimi baş naziri 10 iyulda iqamətgahdan ayrılmağa razılıq verib.

Sionist rejim mediası bir neçə gün öncə işğalçı İsrailin sabiq baş nazirinin hələ də baş nazir iqamətgahını tərk etmək istəmədiyini və yeni seçilmiş baş nazir Naftali Bennetin iqamətgahı boşaltması üçün Netanyahuya iki həftə vaxt verdiyini yazmışdı.

Sionist rejimin The Jerusalem Post qəzeti bildirib ki, müxalifət lideri Benyamin Netanyahu dünən nəhayət ki, acı məğlubiyyəti qəbul etmək məcburiyyətində qalıb və 10 iyul tarixində Qüdsün Balfour məntəqəsindəki baş nazir iqamətgahını tərk etməklə bağlı Bennetlə razılığa gəlib.