QR CodeQR Code

Netanyahu sonda məğlubiyyəti qəbul etdi

إسلام تايمز , 20 Jun 2021 13:50

İslamTimes: Uzun illər Fələstin xalqına qarşı cinayətlərə imza atmış Benyamin Netanyahu, baş nazir iqamətgahından zor gücü ilə çıxarılır!


İşğalçı İsrail rejiminin keçmiş baş naziri Benyamin Netanyahunun iqamətgahını tərk etmək istəməməsi ilə bağlı uzun çəkişmələrdən sonra, nəhayət ki, sabiq sionist rejimi baş naziri 10 iyulda iqamətgahdan ayrılmağa razılıq verib.

Sionist rejim mediası bir neçə gün öncə işğalçı İsrailin sabiq baş nazirinin hələ də baş nazir iqamətgahını tərk etmək istəmədiyini və yeni seçilmiş baş nazir Naftali Bennetin iqamətgahı boşaltması üçün Netanyahuya iki həftə vaxt verdiyini yazmışdı.

Sionist rejimin The Jerusalem Post qəzeti bildirib ki, müxalifət lideri Benyamin Netanyahu dünən nəhayət ki, acı məğlubiyyəti qəbul etmək məcburiyyətində qalıb və 10 iyul tarixində Qüdsün Balfour məntəqəsindəki baş nazir iqamətgahını tərk etməklə bağlı Bennetlə razılığa gəlib.


Story Code: 939088

News Link :
https://www.islamtimes.org/az/news/939088/netanyahu-sonda-məğlubiyyəti-qəbul-etdi

Islam Times
  https://www.islamtimes.org