0
Sunday 20 June 2021 - 16:05

Şəhid uşaqların fotoları Qəzzada xarabalığa çevrilmiş evlərini bəzədi - FOTO

Story Code : 939106
Şəhid uşaqların fotoları Qəzzada xarabalığa çevrilmiş evlərini bəzədi - FOTO
Anadolu Xəbər Agentliyinin verdiyi məlumata görə, Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində işğalçı İsrail rejiminin hücumları zamanı şəhid olunmuş Qəzza sakini olan körpələrin fotolarından ibarət bir sərgi təşkil edilib.

Həlak olan körpələrin xarabalığa çevrilmiş evlərin üzərində təşkil edilən bu sərgidə, İsrail vəhşiliyini əks etdirən şəkillər, sionist rejim qırıcılarının maketləri, şəhid edilmiş uşaqların oyuncaqları və fələstinli qaçqınların vətənlərinə qayıtmasının simvolu olan bir açar maketi nümayiş olunub.

Sionist rejimin Qəzzaya qarşı son 12 günlük hücumlarında 69 uşaq, 40 qadın və 17 qoca olmaqla 290 nəfər şəhid edilib, 8900-dən çox fələstinli yaralanıb.


.