0
Monday 21 June 2021 - 00:13

Ermənistan MSK ilkin nəticələri açıqlayıb, Paşinyanın partiyası liderdir

Story Code : 939145
Ermənistan MSK ilkin nəticələri açıqlayıb, Paşinyanın partiyası liderdir
APA TASS-a istinadən xəbər verir ki, bunu seçki məntəqələrinin təxminən 4%-nin nəticələrinin MSK tərəfindən hesablanması barədə əldə olunmuş məlumatlar göstərir.

MSK-nın məlumatına görə, eks-prezident Serj Sarqsyanın dəstək verdiyi, Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın rəhbərlik etdiyi “Mənim şərəfim var” bloku 5,66% səs qazanaraq üçüncü yerdədir, dördüncü yerdə isə 5,11% səslə iş adamı Qagik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası yer alıb.