QR CodeQR Code

Ermənistan MSK ilkin nəticələri açıqlayıb, Paşinyanın partiyası liderdir

21 Jun 2021 00:13

İslamTimes: Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası 58,04% səslə liderlik edir, sabiq prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku 22,01% səslə ikinci yerdədir.


APA TASS-a istinadən xəbər verir ki, bunu seçki məntəqələrinin təxminən 4%-nin nəticələrinin MSK tərəfindən hesablanması barədə əldə olunmuş məlumatlar göstərir.

MSK-nın məlumatına görə, eks-prezident Serj Sarqsyanın dəstək verdiyi, Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın rəhbərlik etdiyi “Mənim şərəfim var” bloku 5,66% səs qazanaraq üçüncü yerdədir, dördüncü yerdə isə 5,11% səslə iş adamı Qagik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası yer alıb.


Story Code: 939145

News Link :
https://www.islamtimes.org/az/news/939145/ermənistan-msk-ilkin-nəticələri-açıqlayıb-paşinyanın-partiyası-liderdir

Islam Times
  https://www.islamtimes.org