QR CodeQR Code

ABŞ Çinlə düşmənçiliyə son qoymaq fikrində deyil

21 Jun 2021 09:20

İslamTimes: Çin öz ərazisinə koronavirusu araşdırmaq məqsədilə gələn mütəxəssisləri buraxmasa, beynəlxalq ictimaiyyətin təzyiqləri ilə üzləşəcək.


Bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

Co Baydenin görüşlərindən danışan Sallivan bildirib ki, bu, diplomatik hazırlıq idi: “Dövlətləri bir araya gətirmək, Çin üzərində siyasi və diplomatik təzyiq yaratmaq... Bu, Çini ağır seçim qarşısında qoymaq yolunda həlledici amildir. Ya məsuliyyətli şəkildə davranıb, ekspertlərin fəaliyyətinə icazə verəcəklər, yaxud da təcridlə üzləşəcəklər”.

Qeyd edək ki, Bayden Çin hakimiyyətinin beynəlxalq ekspertlərin Uhan Virusologiya İnstitutuna buraxılması gərəkdiyini bildirmişdi.

 


Story Code: 939184

News Link :
https://www.islamtimes.org/az/news/939184/abş-çinlə-düşmənçiliyə-son-qoymaq-fikrində-deyil

Islam Times
  https://www.islamtimes.org