0
Monday 21 June 2021 - 09:42

"Taliban" Əfqanıstan ərazisinin 50-70 %-ə nəzarəti ələ keçirdi

Story Code : 939188
"Taliban" Əfqanıstan ərazisinin 50-70 %-ə nəzarəti ələ keçirdi
Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Balx əyalətinin yerli şurasının başçısı Məhəmməd Afzal Hadid jurnalistlərə bildirib ki, döyüşçülər Çarbulak rayonuna hücum ediblər.

“Taliblər” hücumla rayon üzərində nəzarəti ələ keçirməyə nail olublar. Təhlükəsizlik qüvvələri geri çəkilməyə məcbur edilib.

Samanqan əyalətinin yerli şurası başçının müavini Haşim Serveri də öz növbəsində bildirib ki, Dere-i Suf Bala “taliblər”in nəzarəti altına keçib.

Qeyd edək ki, “Taliban” bir gün əvvəl Faryab və Cuzdan əyalətlərində iki rayon üzərində nəzarəti ələ keçiriblər.

Əfqanıstanda sülhün qurulması üzrə səylərə baxmayaraq, ölkədə zorakılıq halları səngimir.

Əfqanıstanın Milli Təhlükəsizlik Şurasının məlumatına görə, yalnız cari ilin mayında "Taliban" hərəkatının silahlıları 1 455 silahlı hücum təşkil ediblər.

Son 2 ayda ümumilikdə 25 rayon “taliblər”in nəzarəti altına keçib.

BMT-nin məlumatına görə, "Taliban" Əfqanıstan ərazisinin təxminən 50-70 %-ə nəzarət edir.