0
Monday 21 June 2021 - 08:09

Ermənistanda səslərin sayılması başa çatıb, Paşinyan qalib gəlib

Story Code : 939189
Ermənistanda səslərin sayılması başa çatıb, Paşinyan qalib gəlib
APA xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) bütün 2008 seçki məntəqələrindən əldə olunmuş bülletenlərin sayılması əsasında açıqladığı hesabatda bildirilir.

MSK-nın məlumatına görə, 1 281 911 bülleten sayıldıqdan sonra Nikol Paşinyanın partiyasının 53,92% (687 251 seçici), keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun isə 21,04% (268 165 seçici) səs topladığı təsdiqlənib.

“Mənim şərəfim var” bloku 5,23% (66 633 seçici), “Çiçəklənən Ermənistan” partiyası isə 3,96% (50 416 seçici) seçicinin dəstəyini qazanıb.

“Aydınlanmış Ermənistan” – 1,22% (15 557 seçici), Erməni Milli Konqresi – 1,54% (19 647 seçici) səslə onların ardınca gəlir.