QR CodeQR Code

Koronavirus infarkt yaradır - Rus həkim

21 Jun 2021 10:21

İslamTimes: Koronavirus infeksiyası daha aqressiv və gözlənilməz davranmağa başlayıb.


Axar.az xəbər verir ki, bunu rusiyalı həkim Svetlana Malinovskaya deyib.

O bildirib ki, virusun insanlar üzərində təsirlərini izləyir və qanda sözün əsl mənasında nə qədər inanılmaz sürətlə dəyişdiyini görürlər:

"Trombositlərin sayı artır, insanda dərhal damar trombozu olur. Bu zaman infarkt baş verir".

Onun sözlərinə görə, yeni xəstələrlə müalicə rejimi daim dəyişdirilməli və vəziyyət araşdırılmalıdır: "Çünki köhnə alqoritmlər artıq işləmir"

Həkim peyvəndlərin Hindistan ştammı da daxil olmaqla, mutasiya olunmuş koronavirus növlərinə qarşı təsirli olduğunu vurğulayıb.


Story Code: 939192

News Link :
https://www.islamtimes.org/az/news/939192/koronavirus-infarkt-yaradır-rus-həkim

Islam Times
  https://www.islamtimes.org