QR CodeQR Code

Puşkov: ABŞ bu niyyətini heç vaxt gizlətmədi

21 Jun 2021 12:07

İslamTimes: ABŞ-ın Şimal Axını-2 qaz kəməri ilə əlaqədar yeni sanksiyalar tətbiq etmə planlarını açıqlaması gözlənilən addım idi.


Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov deyib. O, ölkələr arasındakı münasibətlərdəki fərqləri şərh edərək, Rusiya Prezidenti Vladimir Putinin Cenevrədə mətbuat konfransında söylədiyi sözlərdən misal gətirib.

O bildirib ki, Putin amerikalı həmkarı ilə görüşdən sonra yeni illüziyalarının olmadığı vurğulayıb.

"Bu cür sammitləri münasibətlərin yeni bir mərhələsinin başlanğıcı kimi görməyə meyilli oluruq. Ancaq Vaşinqton fərqli bir yanaşma göstərir. Bayden rəhbərliyi əvvəlcə münasibətlərin “yenidən qurulması” ehtimalını istisna etdi və "Şimal axını 2" layihəsinin başlamasına hər cür maneə törətmək niyyətində olduğunu gizlətmədi. Çünki ABŞ onun inşasına mane ola bilmədi", - deyə Puşkov qeyd edib.

Onun sözlərinə görə, Ağ Ev sanksiyaların ləğvi və ya qismən dəyişdirilməsi ehtimalına heç vaxt işarə etməyib.


Story Code: 939227

News Link :
https://www.islamtimes.org/az/news/939227/puşkov-abş-bu-niyyətini-heç-vaxt-gizlətmədi

Islam Times
  https://www.islamtimes.org