0
Monday 21 June 2021 - 19:27

HƏMAS Bennetə cavab verdi: Yuxunuzda belə görməyəcəksiniz!

Story Code : 939296
HƏMAS Bennetə cavab verdi: Yuxunuzda belə görməyəcəksiniz!
İşğalçı İsrail rejiminin yeni baş naziri Naftali Bennet 2014-cü il ildə Qəzza ilə müharibə zaman həlak olmuş sionistlərin anım mərasimində Fələstin xalqına qarşı təhdid mesajı ünvanlayıb. O deyib: Fələstinlilər sionist rejimin fərqli əməliyyatlarına alışmalıdır. Artıq səbrimiz tükənib. Raket hücumları və zorakılığa daha dözüm göstərməyəcəyik... 7 ildir bir neçə İsrail hərbçisi Fələstində əsirlikdədir. Onların geri qaytarılması üçün əlimizdən gələni edəcəyik."
HƏMAS-ın siyasi şurasının üzvü Süheyl əl-Hendi isə Bennetin cavabında bildirib ki, sionistlər HƏMAS-ın ağ bayraq qaldırdığını yuxusunda belə görməyəcək! Sionist rejim zindanlarında yüzlərlə günahsız fələstinli illərdir ki, həbs həyatı sürür. Biz onların azad olunması üçün başlatdığımız fəaliyyətdən geri çəkilməyəcəyik!