QR CodeQR Code

HƏMAS Bennetə cavab verdi: Yuxunuzda belə görməyəcəksiniz!

إسلام تايمز , 21 Jun 2021 19:27

İslamTimes: HƏMAS rəsmisi işğalçı İsrail rejiminin yeni baş nazirinə deyib: "HƏMAS-ın ağ bayraq qaldırdığını yuxunuzda belə görməyəcəksiniz!"


İşğalçı İsrail rejiminin yeni baş naziri Naftali Bennet 2014-cü il ildə Qəzza ilə müharibə zaman həlak olmuş sionistlərin anım mərasimində Fələstin xalqına qarşı təhdid mesajı ünvanlayıb. O deyib: Fələstinlilər sionist rejimin fərqli əməliyyatlarına alışmalıdır. Artıq səbrimiz tükənib. Raket hücumları və zorakılığa daha dözüm göstərməyəcəyik... 7 ildir bir neçə İsrail hərbçisi Fələstində əsirlikdədir. Onların geri qaytarılması üçün əlimizdən gələni edəcəyik."
HƏMAS-ın siyasi şurasının üzvü Süheyl əl-Hendi isə Bennetin cavabında bildirib ki, sionistlər HƏMAS-ın ağ bayraq qaldırdığını yuxusunda belə görməyəcək! Sionist rejim zindanlarında yüzlərlə günahsız fələstinli illərdir ki, həbs həyatı sürür. Biz onların azad olunması üçün başlatdığımız fəaliyyətdən geri çəkilməyəcəyik!


Story Code: 939296

News Link :
https://www.islamtimes.org/az/news/939296/həmas-bennetə-cavab-verdi-yuxunuzda-belə-görməyəcəksiniz

Islam Times
  https://www.islamtimes.org