QR CodeQR Code

Fələstin uşaq qatili sionist rejimin adının qara siyahıya salınması tələb etdi

إسلام تايمز , 21 Jun 2021 21:45

İslamTimes: Fələstin Muxtariyyatının baş naziri Məhəmməd İştiyyə BMT baş katibi Antonio Quterreşdən sionist rejimin adını uşaqların hüquqlarını pozan ölkələr siyahısına daxil etməsini istəyib.


"Rai al-Youm" xəbər agentliyinin verdiyi məlumata görə, Fələstin baş naziri Ramallahdakı çıxışı zamanı deyib: "İsrail fələstinli körpələrin qətlini dayandırmaq niyyətində deyil. Son günlərdə onlar Əhməd bin Şəmse adlı daha bir azyaşlını Qərb Sahilinin Bita kəndində odlu silahla başından vuraraq qətlə yetiriblər.

Qeyri-rəsmi məlumatlara görə, Antonio Quterreş sionist rejimin adını uşaqların hüquqlarını pozan ölkələr siyahısına daxil etməkdən imtina edib və tez bir zamanda bunu rəsmən elan edəcək.

Fələstin Xarici İşlər Nazirliyi bildirib ki, işğalçı İsrail rejiminin adının bu qara siyahıya daxil edilməməsi BMT-nin bir qatili qoruması anlamına gələcək!


Story Code: 939318

News Link :
https://www.islamtimes.org/az/news/939318/fələstin-uşaq-qatili-sionist-rejimin-adının-qara-siyahıya-salınması-tələb-etdi

Islam Times
  https://www.islamtimes.org